Şəhərdə quldurluq: axşam döyüb pulunu aldılar


Kriminal 29 Yan 2018 15:38:00 315 0

Şəhərdə quldurluq: axşam döyüb pulunu aldılar

Quldurluq edənlər saxlanıldı.

DİN-dən Son.az-a verilən məlumata görə, yanvarın 27-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb.  

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən ediliblər. Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanılıblar.