Vəkillər Kollegiyasının saytı yenilənmiş formada istifadəyə verilib


Sosial 29 Yan 2018 15:24:00 454 0

Vəkillər Kollegiyasının saytı yenilənmiş formada istifadəyə verilib

Saytda "Vəkillərin reyestri" bölməsi də yaradılıb

Vəkillər Kollegiyasının (VK) saytı yenilənmiş formada istifadəyə verilib.

“Report”un məlumatına görə, saytda "Xəbərlər", "Haqqımızda", "Orqanlar" (Rəyasət Heyəti, İntizam Komissiyası, İxtisas Komissiyası), "Peşəyə qəbul", "Tədbirlər", "Layihələr" adlı bölmələr var.

Saytda həmçinin vəkil qurumlarının, o cümlədən hüquq məsləhətxanaları, vəkil bürolarının siyahısı, ünvanları, telefon nömrələri yer alıb.

Bundan başqa, saytda "Vəkillərin reyestri" bölməsi də yaradılıb.

Saytda vətəndaşlar üçün Vəkillər Kollegiyası Rəyasət Heyəti rəhbərliyinin (sədr və sədrin iki müavini) qəbul qrafiki də yer alıb.

Kollegiyanın saytında “onlayn-məsləhət” bölməsi isə yaxın müddətdə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Vəkillər Kollegiyası üzvlərinin 2017-ci il dekabrın 7-də keçirilən konfransında Rəyasət Heyətinin üzvü, “Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin direktoru, “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə sədr seçilib.