"Tələbə kreditləri haqqında" qanun layihəsi hazırlanacaq


Digərləri 29 Yan 2018 15:22:00 246 0

"Tələbə kreditləri haqqında" qanun layihəsi hazırlanacaq

Milli Məclisin Elm və təhsil komitəsi "Tələbə kreditləri haqqında" qanun layihəsi hazırlamağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, "Tələbə kreditləri haqqında" qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: "Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik".