Azərbaycanın dövlət başçısı BƏƏ Prezidentinə başsağlığı verib


Siyasət 29 Yan 2018 15:08:00 210 0

Azərbaycanın dövlət başçısı BƏƏ Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!