Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısına başsağlığı verib


Siyasət 29 Yan 2018 14:53:05 232 0

Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısına başsağlığı verib

"Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim"

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, mətndə deyilir: 

"Əlahəzrət,

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"