Əlcəzair yenidən Fransadan təzminat tələb edir


Dünya 29 Yan 2018 14:45:51 213 0

Əlcəzair yenidən Fransadan təzminat tələb edir

Məlumata görə, 1966-1996-cı illrədə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınaqları həyata keçirib

Əlcəzair hökuməti ölkə ərazisində keçirilən nüvə sınaqları nəticəsində dəyən ziyana görə Fransadan təzminat istəyəcək.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Əlcəzairin müharibə veteranlarının işləri üzrə naziri Ət-Tayyib Zeytuni bildirib.

Onun sözlərinə görə, Fransanın Əlcəzairdə keçiridiyi nüvə silahı sınaqları nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı komissiya yaradılacaq.

Fransa bu sınaqlar nəticəsində təxminən 500 hərbçiyə zərər dəydiyini iddia edir. Əlcəzair hökuməti isə həmin hadisələrdə 18 min hərbçi və mülki şəxsə ziyan vurulduğunu, onların çoxunun isə bir neçə il ərzində öldüyünü bildirib. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təzminatın ödənilməsi barədə qanun qəbul edilsə də, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.

Məlumata görə, 1966-1996-cı illrədə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınaqları həyata keçirib.

İnformasiyaya əsasən, Fransa tarixində “qara ləkə” olaraq, xatırlanan bu sınaqlar yüz mindən çox insanın səhhətinə mənfi təsir göstərib.

Rəsmi olmayan rəqəmlərə görə, hazırda yaşayan 3 min nüvə sınağı qurbanından 35-i xərçəng xəstəsidir.