Prezident: "Yeni iş yerlərinin açılması daimi proses olmalıdır"


Siyasət 29 Yan 2018 14:36:49 327 0

Prezident: "Yeni iş yerlərinin açılması daimi proses olmalıdır"

"6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman mərkəzləri tikiləcək"

“Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətlərinin təminatı sahəsində işlərin davam etdirilməsi vacibdir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək, 6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman mərkəzləri tikiləcək.

Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılmasının diqqət mərkəzində olacağını deyən Prezident İlham Əliyev yeni iş yerlərinin açılmasının daimi proses olmasının vacibliyini vurğulayıb.