Moskvada Azərbaycan vətəndaşı öldürüldü


Kriminal 29 Yan 2018 14:36:00 241 0

Moskvada Azərbaycan vətəndaşı öldürüldü

Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.

Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib.

Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq qaçıb.