Prosineçkinin Bosniya və Herseqovina yığmasındakı ilk görüşündə sülh


İdman 29 Yan 2018 14:33:00 265 0

Prosineçkinin Bosniya və Herseqovina yığmasındakı ilk görüşündə sülh

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasında ilk oyununa çıxıb. 

Goal.az xəbər verir ki, rəqib ABŞ yığması olub.

Los-Ancelesdə keçirilmiş qarşılaşma qolsuz yekunlaşıb - 0:0. Bu görüşdə "Qarabağ"dan dəvət almış qapıçı İbrahim Şehiç start heyətində meydana çıxıb. O, görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin növbəti oyunu yanvarın 31-də Meksikaya qarşı olacaq.