Dövlət başçısı: “Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub”


Sosial 29 Yan 2018 14:23:56 274 0

Dövlət başçısı:  “Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub”

“Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dollara çatıb”

“Son 14 il ərzində Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dollara çatıb”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Bütün bunların isə ölkəyə siyasi və iqtisadi müstəqillik verdiyini deyən Prezident İlham Əliyev bildirib ki, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.