Dövlət başçısı: “Ötən 14 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb”


Sosial 29 Yan 2018 14:26:21 255 0

Dövlət başçısı: “Ötən 14 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb”

“Azərbaycanda demoqrafik proseslər sürətlə gedir”

“Azərbaycanda demoqrafik proseslər sürətlə gedir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Ötən 14 ildə əhalinin sayının 1,5 milyon nəfər artdığını deyən dövlət başçısı vurğulayıb ki, bu dövrdə maaş və pensiyalar dəfələrlə artıb, önəmli sosial layihələr icra olunub, minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpia idman kompleksləri inşa olunub, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb.