Adı "Qırmızı kitab"a düşmüş quşları ovlayan 3 nəfər saxlanılıb


Digərləri 29 Yan 2018 14:17:00 230 0

Adı "Qırmızı kitab"a düşmüş quşları ovlayan 3 nəfər saxlanılıb

Adı "Qırmızı kitab"a düşmüş quşları ovlayan 3 nəfər saxlanılıb.

Bakı. Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri belə tədbirlər zamanı 5 nəfər saxlanılıb, onlardan ov silahları götürülüb. Rayonun Cəfərli kəndi ərazisində qanunsuz ov edən 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Kəndoba kənd sakinləri Zaur İbadov, Qahir İbadov və Ramazan Məhəmmədli olduqları müəyyən edilib. Onlardan adı “Qırmızı kitab”a düşmüş, ovlanmış 4 bəzgək quşu və ümumilikdə 3 ədəd, ikisinin müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.