Aydın Əliyev: "Rusiyaya pomidor ixracı üzrə problem olmamalıdır"


Digərləri 29 Yan 2018 13:52:37 255 0

Aydın Əliyev: "Rusiyaya pomidor ixracı üzrə problem olmamalıdır"

2018-ci ildə Azərbaycan pomidorlarının Rusiyaya ixracı üzrə problem olmamalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

A.Əliyev qeyd edib: "Ötən il Rusiyaya pomidor ixracı ilə əlaqədar müəyyən çətinliklərlə üzləşdik. Bu, ilk növbədə, Rusiya tərəfinin Türkiyə pomidorlarının idxalına qadağa qoyması ilə bağlı idi. Biz ötən il ərzində rusiyalı həmkarlarımızla bir neçə dəfə görüşdük. Sonuncu belə görüş sentyabrda baş tutdu. Biz sübut edə bildik ki, Azərbaycana Türkiyə pomidorlarının Rusiyaya yenidən ixracını təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil".