"Kinematoqrafiya sahəsində vergi, gömrük qanunvericliyində dəyişiklik edilməlidir"


Digərləri 29 Yan 2018 13:11:00 198 0

"Kinematoqrafiya sahəsində vergi, gömrük qanunvericliyində dəyişiklik edilməlidir"

Kinematoqrafiya sahəsində güzəştlərin tətbiqi üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, "Kinematoqrafiya haqqında" qanun layihəsi tam hazırdır:

"Artıq müvafiq nazirliklər bu layihəyə müsbət rəy veriblər. Lakin burada olan bir necə məsələyə görə, layihəni hələlik komitədə müzakirəyə çıxara bilmirik. Azərbaycan kinosunun tarixi dünya kinosu ilə demək olar ki, eyni vaxtda başlayıb. Amma bu gün Azərbaycan kinosunun dünya kinosuna öz töhfəsini verməsi üçün sıçrayışa ehtiyacı var. Biz kinematoqrafiya sahəsində güzəştlərin olması üçün əvvəlcə vergi, gömrük qanunvericliyində bu sahə ilə bağlı dəyişikliklər edilməlidir. Bu dəyişiklik olduqdan sonra onları "Kinematoqrafiya haqqında" qanun layihəsinə daxil edə bilərik. Müvafiq qurumlar bu məsələyə müsbət rəy verdikdən sonra biz "Kinematoqrafiya haqqında" qanun layihəsini müzakirəyə çıxaracağıq".

R.Hüseynov qeyd edib ki, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinin yaxın vaxtlarda parlamentə təqdim edilməsi gözlənilir.