Yerə basdırılmış avtomat, "zek"in tapançası, kəndçinin tüfəngi


Kriminal 29 Yan 2018 13:14:00 257 0

Yerə basdırılmış avtomat, "zek"in tapançası, kəndçinin tüfəngi

Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

DİN-dən Son.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş "AK-74" markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 patron darağı və 2 ədəd patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan "Tula-X" markalı ov tüfəngi götürülüb.