"Zek" qadın qohumunun qonşusunun evini taladı FOTO


Kriminal 29 Yan 2018 13:05:00 274 0

"Zek" qadın qohumunun qonşusunun evini taladı  FOTO

Bakıda qohumunun qonşusunun evindən 1600 dollar və 300 manat oğurlayan şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.

Belə ki, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb.

Bölmə əməkdaşlarının "isti izlərlə" həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.


Xəbərə aid fotolar