Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanıldı FOTO


Digərləri 29 Yan 2018 12:41:00 311 0

Ağsuda adı “Qırmızı kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanıldı  FOTO

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı adı "Qırmızı kitab"a düşən quşları qanunsuz ovlayan şəxsləri saxlanılıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Cəfərli kəndi yaxınlığında 3 nəfər tutulub.

Onlar Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğudur.

Həmin şəxslərdən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, ovladıqları adı "Qırmızı kitab"a düşmüş 4 Bəzgək quşu götürülüb.


Xəbərə aid fotolar