Gülben Ergen tanınmış müğənnini tutdurdu


Digərləri 29 Yan 2018 12:37:00 283 0

Gülben Ergen tanınmış müğənnini tutdurdu

“Duymayan kalmasın” verilişinin aparıcı Seren Serengil 3 gün həbsdə olacaq

"Duymayan kalmasın" verilişinin aparıcı Seren Serengil 3 gün həbsdə olacaq. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub.   Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır. Onun yerinə verilişi Demet Akalın aparacaq. 

Xatırladaq ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etmiş və onun əleyhinə qeyri-etik ifadələr səsləndirmişdi.