İşçi cəmi 18 ay işlədi, 15 il maaş aldı, üstəlik məhkəməni də uddu


Digərləri 29 Yan 2018 12:15:00 282 0

İşçi cəmi 18 ay işlədi, 15 il maaş aldı, üstəlik məhkəməni də uddu

İşçinin 15 illik iş həyatı müddətində sadəcə 18 ay işdə olduğu, qalan 13 il yarımın isə maaşını aldığı məlum olub

İspaniyanın cənub-şərqindəki Alicante şəhərində işçi arayış və məzuniyyətlərindən istifadə edərək 15 il ərzində cəmi 1 il yarım işə gedib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, rəsmilərin verdiyi açıqlamaya görə işçinin etdiyi hərəkətdə qanunpozuntusu yoxdur.

İspaniyada işçinin 15 illik iş həyatı müddətində, sadəcə, 18 ay işdə olduğu, qalan 13 il yarımın isə maaşını aldığı məlum olub.

El Pais qəzetinin məlumatına görə, ruhi əsəb dispanserində müavinlik edən şəxs 2001-2016-cı illər arasında məzuniyyətdən istifadə edib, sonra isə xəstəliklə bağlı arayış təqdim edib.

O, ümumilikdə 4553 gün işə getməyib. Məzuniyyətindən də istifadə edən kişi ümumilikdə 18 ay işləyib.