İraqda və Suriyada olan 19 azərbaycanlı usaq Azərbaycana gətiriləcək


Siyasət 29 Yan 2018 12:06:29 322 0

İraqda və Suriyada olan 19 azərbaycanlı usaq Azərbaycana gətiriləcək

İraqda və Suriyada olan 19 azərbaycanlı usaq bu yaxınlarda Azərbaycana gətiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb.

S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində