Röyadan Lalə və İradəyə cavab: "Sizdən pul istəyən yoxdur"


Şou-biznes 29 Yan 2018 11:52:00 281 0

Röyadan Lalə və İradəyə cavab: "Sizdən pul istəyən yoxdur"

Əməkdar artist Lalə Məmmədovanın Röya və İradə İbrahimova qalmaqalına münasibət bildirməsi odu közərmiş qalmaqalı yenidən alovlandırıb.

Məmmədovanın dediklərinə ilk cavab verən isə prodüser Tolik olub və o, yenə Röyanın müdafiəsinə qalxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məsələyə əməkdar artist Röya Ayxan da münasibət bildirib.

O, həmkarlarına son xəbərdarlığını edib: 

"Çox rica edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin bir seçimi var. İradədən də, Lalədən də mənim seçimimə hörmətlə yanaşmalarını istəyirəm".