Ermənistanda nazir istefa ərizəsini geri götürüb


Dünya 29 Yan 2018 11:40:03 289 0

Ermənistanda nazir istefa ərizəsini geri götürüb

Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Karen Karapetyan naziri fikirindən daşındırıblar

“Ermənistanın energetika infrastrukuru və təbii ehtiyatlar naziri Aşot Manukyan istefa ərizəsini geri götürüb və yenidən iş başına qayıdıb”.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu nazirin mətbuat katibi Vasak Tarpoşiyan bildirib.

Onun sözlərinə görə, A.Manukyan şəxsi problemlər səbəbindən istefa ərizəsi yazıbmiş: “Ancaq Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Karen Karapetyanla söhbətlərdən sonra o, istefa ərizəsini geri götürüb. Aşot Manukyan yenidən nazirləyə rəhbərlik edir”.

Qeyd edək ki, bir müddət əvvəl Aşot Manukyan tutuduğu vəzifədən istefa verdiyini bildirmişdi.