Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı DİN məlimat yaydı


Digərləri 29 Yan 2018 11:44:00 232 0

Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı DİN məlimat yaydı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi "İsuzi" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.