Yalnız Bakıda: “Bomba sığınacağını restorana çevirəcəyik” FOTO


Digərləri 29 Yan 2018 10:21:00 261 0

Yalnız Bakıda: “Bomba sığınacağını restorana çevirəcəyik”  FOTO

Bakının mərkəzində, Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən altımərtəbəli evin sakinləri binanın zirzəmisində aparılan tikinti işləri ilə əlaqədar həyəcan təbili çalırlar.

"Bizim binamızın altında antiradiasiya sığınacağı var, birinci mərtəbədə yerləşən "Adidas" mağazasının sahibləri orada restoran açmağa hazırlaşırlar. Narahatlığımız ondandır ki, zirzəmidə buna hazırlıq işləri görülərkən birləşdirici dayaq divarları sökülür, ventilyasiya sistemi və binanın bünövrəsi məhv edilir".

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu haqqin.az-a müraciətində Nizami küçəsi 66, S.Vurğun küçəsi 16-da yaşayan sakinlərdən biri - Fərhad Abdullayev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə "Adidas" mağazasının sahibi Məhərrəm adlı şəxs binanın zirzəmisini sökməyə girişib və nəticədə "bütün ev silkələnməyə-hərəkət etməyə" başlayıb".


Xəbərə aid fotolar