Cənubi Amerikaya getmək istəyənlərə XƏBƏRDARLIQ


Dünya 29 Yan 2018 10:30:00 315 0

Cənubi Amerikaya getmək istəyənlərə XƏBƏRDARLIQ

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidməti ("Rospotrebnadzor") turistlərdən Cənubi Amerika ölkələrinə səfər edərkən "sarı qızdırma" epidemiyası ilə bağlı məlumatları nəzərə almağı xahiş edir.

Son.az xəbər verir ki, bu barədə Trend Federal Xidmətə istinadən məlumat verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2016-cı ilin yanvarından 2017-ci ilin dekabrınadək Boliviya, Braziliya, Kolumbiya, Peru, Surinam, Fransa Qvianası və Ekvadorda bu epidemiyaya 777 yoluxma halı qeydə alınıb. Onlardan 261-i ölümlə nəticələnib.