Cinayətlərə görə 2 günə 55 nəfər saxlanılıb


Kriminal 29 Yan 2018 09:38:02 237 0

Cinayətlərə görə 2 günə 55 nəfər saxlanılıb

Yanvarın 27-dən 29-dək 2 sutka ərzində respublikanın daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların da 36-nın üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.