AŞPA prezidenti: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq" - EKSKLÜZİV


Siyasət 29 Yan 2018 09:27:24 292 0

AŞPA prezidenti: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn istənilən fəaliyyəti dəstəkləməyə hazırıq" - EKSKLÜZİV

Mikele Nikoletti: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümüd edirəm"

"Mənim Dağlıq Qarabağ münaqişəsinə münasibətim Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi ilə üst-üstə düşür. AŞPA, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə BMT-nin, ATƏT-in Minks qrupunun roluna hörmətlə yanaşır". 

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA-nın yeni prezidenti Mikele Nikoletti bildirib.

O qeyd edib ki, AŞPA Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən fəaliyyəti dəstəkləməyə hazırdır: "Mən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümüd edirəm".  

M.Nikoletti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinə də toxunub. O vurğulayıb ki, azərbaycanlı deputatlar Parlament Assambleyası çərçivəsində yüksək fəallıq nümayiş etdirirlər: "AŞPA üçün hesabatların hazırlanmasında Azərbaycanın nümayəndə heyətinin üzvləri çox aktiv fəaliyyət göstərirlər və mən onların hesabatlarını çox qiymətləndirirəm. Biz Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sıx qarşılıqlı dialoq şəklində fəaliyyət göstəririk".