Kabildə hərbi akademiyaya hücum olub, 2 hərbçi ölüb, 10-nu yaralanıb


Dünya 29 Yan 2018 08:58:59 226 0

Kabildə hərbi akademiyaya hücum olub, 2 hərbçi ölüb, 10-nu yaralanıb

Hücum beş nəfərlik qrup tərəfindən təşkil olunub

Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb.

Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, biri saxlanılıb, biri müqaviməti davam etdirir.