Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb FOTO


Digərləri 29 Yan 2018 08:40:00 316 0

Bakıda yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub, 2 nəfər yaralanıb  FOTO

Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "Mercedes", "Hundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Bunlar 1988-ci il təvəllüdlü Qurbanov Qəyyum Novruz oğlu və 1992-ci il təvəllüdlü Qurbanov Orxan İlqar oğludur. İkincinin vəziyyəti ağırdır.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.


Xəbərə aid fotolar