Bu ədviyyatı çaya əlavə edin və...


Digərləri 29 Yan 2018 07:28:00 268 0

Bu ədviyyatı çaya əlavə edin və...

Hil kulinariyada çoxdandır ki, fəxri yer tutur. Siz hətta təsəvvür edə bilməzsiniz ki, hil əlavə olunmuş bir fincan qəhvə nə qədər faydalıdır.

Son.az xəbər verir ki, bu içki həzm problemlərinə və böyrək xəstəliklərinə müalicəvi təsir göstərir. Üstəlik ətri insanı valeh edir. Hindistanda və Çində təbiblər hesab edirlər ki, bu ədviyyat sayəsində demək olar ki, bütün xəstəlikləri sağaltmaq olar.

Orqanizmi təmizləyir

Mütəmadi olaraq hil istifadə etdikdə qan təzyiqi aşağı düşür və kalsium böyrəklərdən atılır. Beləliklə də hil böyrəkləri təmizləyir.

Həzmi yaxşılaşdırır

Hilli qəhvə həzmi yaxşılaşdırmağa kömək edir. Hil həzmi yaxşılaşdıraraq mədə sancısını və tutmaları azaldır. Meteorizm və qarın köpünü aradan qaldırır.

Qanazlığı ilə mübarizə aparır

Hil halsızlıq və anemiya kimi simptomları müalicə edən dəmir, mis, manqan və digər faydalı vitaminlərlə zəngindir. Hildə olan qidalı maddələr qırmızı qan hüceyrələrinin səviyyəsini artırır.

Antiseptik kimi istifadə olunur

Hindistanda hil ağız iltihabı müalicəsi üçün istifadə edirlər. Bir-iki hil toxumu çeynəmək nəfəsi təravətləndirir, ağız iyini aradan qaldırır.