ABŞ yüksəksürətli 5G mobil şəbəkəsi yarada bilər


İqtisadiyyat 29 Yan 2018 06:42:02 301 0

ABŞ yüksəksürətli 5G mobil şəbəkəsi yarada bilər

Bunda məqsəd Çindən gələn "təhlükə" ilə mübarizədir

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirləri yaxın gələcəkdə ölkədə yüksəksürətli 5G milli mobil şəbəkəsinin yaradılması istiqamətində tədbir görməyə başlayacaqlar.

“Report” xəbər verir ki, bu barədə "Axios" portalı əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Əldə edilən məlumatlara görə, bu tip şəbəkə növbəti 3 il ərzində yaradıla bilər.

Portal yazır ki, 5G milli şəbəkəsinin mövcudluğunun zəruriliyi Çinin "informasiya sahəsinin ən üstün təhlükəli casusu" olmasından irəli gəlir.