Ruanda prezidenti Afrika İttifaqının sədri seçilib


Dünya 29 Yan 2018 05:56:19 298 0

Ruanda prezidenti Afrika İttifaqının sədri seçilib

Pol Kaqame bir il ərzində bu vəzifəni icra edəcək

Ruanda prezidenti Pol Kaqame Afrika İttifaqının (Aİ) yeni sədri olub.

“Report” xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Masu Faki Mahamatanın rəsmi nümayəndəsi Ebba Kalondoya istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, Kaqame bu postda Qvineya prezidenti Alfa Kondeni əvəz edib və o, bu vəzifəni 1 il müddətində icra edəcək.

Yanvarın 28-də Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində Afrika İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının 30-cu sammiti öz işinə başlayıb.

Aİ Afrikanın 55 dövlətini özündə birləşdirən böyük hökumətlərarası təşkilatdır. Qurumun mənzil qərargahı Əddis-Əbabada yerləşir.