2018ci ilin 4 trendi FOTO


Digərləri 29 Yan 2018 05:30:00 283 0

2018ci ilin 4 trendi  FOTO

Aristokratlıq və zəriflik qarşıdakı mövsüm qadın dəbinin sükanı olacaq, eyni zamanda kişisayağı geyimlər də üstünlük təşkil edəcək.

Son.az bu yazıda oxucuları 2018-ci ilin 4 trendi ilə tanış edir.

Bel çantası

2018-ci ilin ən əhəmiyyətli detallarından olan bel çantaları səssiz-səmirsiz modapərəstlərin qarderobuna yol tapıb. Bu cür çantalara "Prada" və "Gucci"dən tutmuş bir çox lüks və ucuz markaların kolleksiyalarında rast gəlmək mümkündür. Onu həm gündüz, həm də kəmərini çıxarıb ziyafətlərdə istifadə etmək olar. Xüsusilə məxmər versiyaları daha aktualdır.

Rəngli məxmərlər

Aristokratlıq rəmzi sayılan məxmər parçalar artıq neçə ildir ki, fəth etdiyi dəb zirvəsini tərk etmək istəmir. Çünki həm çox gözəgəlimlidir, həm yumşaqdır, həm də qəşəngdir. Odur ki, bu qışı rəngbərəng məxmərlərə bürünmədən keçirməyin.


Xəbərə aid fotolar