"Sızanaqları sıxmayın, yoxsa..." Dermatoloq MÜALİCƏ ÜSULLARInı sadalayır


Digərləri 29 Yan 2018 03:30:00 285 0

"Sızanaqları sıxmayın, yoxsa..."  Dermatoloq MÜALİCƏ ÜSULLARInı sadalayır

Qadın və kişilər arasında ən geniş yayılmış problemlərdən biri sızanaqlar və bununla bağlı üzdə yaranan ləkələr, çapıqlardır. Bunlar dəri problemi olmaqla yanaşı, həm də estetik baxımdan xoş bir görüntü yaratmır. İnsanlarda narahatlığa, diskamfort hissinə səbəb olur. Bəs üzdə sızanaqların yaranma səbəbləri nələrdir? Hansı hallarda sızanaqlardan sonra üzdə ləkələr, çapıqlar yaranır? Problemdən ev şəraitində qurtulmaq mümkündürmü?

Son.az bildirir ki, mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran dermatoloq Elçin Sadıqov deyir ki, stress və həyəcan sızanağı artıran əsas səbəblərdən biridir: "Xüsusilə tələbələrin imtahanlara hazırlaşdığı vaxt stressli vaxtdır. Bu dövrlərdə adətən sızanaqlar artmağa meylli olur. Üz dərisinə qulluq zamanı həssas davranmaq lazımdır. Yüngül, dərini soymayan təmizlik vasitələrindən istifadə etmək lazımdır. Bu zaman xüsusilə qadınlar üz dərisindəki məsamələri bağlamayan kosmetik vasitələrdən istifadə etməlidirlər"

Həkim bildirir ki, sızanaqlar müalicə olunan bir xəstəlikdir: "Amma sızanaqların müalicəsi uzun müddətlidir və qısa müddət ərzində möcüzəvi dəyişikliklər gözləmək doğru deyil. Tətbiq olunan müalicə nə olursa-olsun səbr və təmkinlə, düzgün yerinə yetirilməlidir".

O söyləyir ki, müalicənin əsas məqsədi dəri səthində yağ ifrazını, səpkilərin sayını və şiddətini azaltmaqdır: "Əsas məqsəd ləkələrin və çapıqların yaranmasının qarşısını almaqdan ibarətdir. Müalicənin effekti ən tez 1 ay sonra hiss olunmağa başlayır. Lakin ortalama 80 faiz və daha çox sağalmanın əldə olunması üçün müalicənin 2-4 ay aparılması məqsədə uyğundur. Sızanaqların müalicəsində xəstəliyin şiddətindən asılı olaraq müxtəlif dərman preparatları istifadə olunur. Bu zaman sistemik və yerli antibiotiklər, hormonal preparatlar və digər dərmanlar təyin olunur. Sızanaqlardan sonra qalan ləkələr və çapıqlar üçün müxtəlif pilinqlər və lazerlərdən istifadə olunur".

E. Sadıqov məlumat verir ki, üzdə ən çox rast gəlinən akne izləri aşağıdakılardır: