Bakıda "Kamaz"ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb - FOTO


Sosial 29 Yan 2018 02:34:18 265 0

Bakıda "Kamaz"ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb - FOTO

Sürücü xəsarət alıb

Bakının Xətai rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəzaya "VAZ" markalı minik avtomobilinin 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlunun idarə etdiyi "66-BE-189" dövlət qeydiyyat nişanlı "Kamaz"ın qarşısında qəfil əyləcdən istifadə etməsi səbəb olub.

Bu zaman sürücü yük avtomobilini qəfil sağ tərəfə doğru etdirib. Nəticədə içi qumla dolu olan "Kamaz" aşıb. Qum yolun asfalt qatına, o cümlədən yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə qum relslərin üzərindən təmizlənib.

Nobel prospektində baş verən hadisə nəticəsində sürücü bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.