Nazir: "Litva Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində maraqlıdır"


Digərləri 29 Yan 2018 01:44:00 248 0

Nazir: "Litva Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində maraqlıdır"

Litva və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Nazir qeyd edib ki, Litva Statistika Departamentinin hesabatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Litvanın 204 ticarət tərəfdaşı arasında 58-ci yeri tutub. İxrac həcminə görə, Azərbaycan 48-ci, idxal həcminə görə isə 84-cü yerdə qərarlaşıb.