"Azərbaycanın həm liderliyi, həm təşəbbüsü ilə həyata keçirilən iki nəqliyyat dəhlizi Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu"


Digərləri 29 Yan 2018 00:54:00 284 0

"Azərbaycanın həm liderliyi, həm təşəbbüsü ilə həyata keçirilən iki nəqliyyat dəhlizi Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu"

Azərbaycanın həm liderliyi, həm təşəbbüsü, həm də mühüm rolu ilə həyata keçirilən iki nəqliyyat dəhlizi - Şərq-Qərb və Şimal-Cənub, Davos Forumunda ən çox müzakirə olunan məsələlərdən biri oldu.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov AZTV-yə açıqlamasında deyib.

Natiq Əmirov bildirib: "Birinci növbədə Şərq-Qərb nəqliyyat dəhlizi, hansıki Çindən Avropaya yüklərin daşınması üçün ən qısa quru yolu kimi müəyyən edilib və dünyada qəbul olunur. Hal hazırda 60-70 gün çəkən müddət quru yolu ilə təqribən 3 dəfəyə yaxın, bir çox hallarda dahada çox qısalır. Şərq-Qərb nəqliyyat dəhlizi ən qısa quru yolu kimi artıq dünya tərəfindən qəbul olunan bir yoldur".

Natiq Əmirovun sözlərinə görə, ikinci istiqamət Şimal-Cənub nəqliyyat dəhlizidir: "Buda Hindistandan, İrandan, Pakistandan yüklərin quru yolu ilə Avropa ölkələrinə çatdırılmasını təmin edir".