Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb


Sosial 29 Yan 2018 00:31:57 259 0

Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb

Haməlum şəxs küçədə ona bıçaqla hücum edib

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.

Nəticə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.