Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR İNANMAYACAQSINIZ


Digərləri 28 Yan 2018 23:39:00 350 0

Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR  İNANMAYACAQSINIZ

Çoxarvadlılıq və hərəmlər, aşağı səviyyəli təhsil və qadın hüquqlarının pozulması, brilyant parıltısı və hicab... Ərəb qadınlarının həyatları başqalarının gözündə bax belə stereotiplər yaradıb.

Son.az xəbər verir ki, ərəb ölkələrində yaşayan qadınların həyatı haqqında o qədər fərziyyərlər irəli sürülür ki, onların hansının həqiqət, hansının uydurma olduğunu bilmirsən. Biz bu yazıda oxucuları şərqin gözəl və sirli qadınlarının həyatları ilə bağlı əsl həqiqətləri üzə çıxarmışıq.

Nikah müqaviləsi

Ərəb ölkələrində nikahların yarısı indiyə qədər də valideynlərin iradəsinə əsaslanaraq baş tutur. Və çoxları əmindir ki, qızın fikriylə heç kim hesablaşmır. Əslində bu, heç də belə deyil. Əgər bəy gəlinin ürəyincə olmazsa, onda qız evlilikdən imtina etmək hüququna malikdir.

Nikah müqaviləsi mütləq imzalanır. Digərlərindən fərqli olaraq, Ərəb ölkələrində bu qaydaya mütləq şəkildə əməl edilir.

Ərəb qadınları çox nadir hallarda başqa dinə mənsub olan xaricilərlə ailə qurur. Çünki yanlış nikaha görə onların ölkədən çıxarılması ehtimalı yüksəkdir. Kişi hüquqları daha üstündür, onlara xristian və yəhudi arvad almağa icazə verilib. Amma bu halda qız vətəndaşlıq almır, boşanma zamanı uşaqlar isə atası ilə qalır.

Nikaha daxil olma yaşı

Ərəb ölkələrinin əksəriyyətində bəy və gəlinin minimal yaş həddi 18 müəyyən edilib. Məsələn, Tunis sakinləri 18 yaşından nikaha daxil ola bilərlər, lakin faktiki olaraq gəlinin orta evlilik yaşı 25, bəylərdə də 30-dur. Halbuki, bəzi inkişaf etməkdə olan ölkələrdə erkən nikahlara hələ də rast gəlinir. Məsələn, Yəmən və Səudiyyə Ərəbistanda qızların çoxu 18 yaşına çatmamış ərə gedir.

Ərəb toyları

Müxtəlif ölkələrdə ənənələr fərqlidir, amma ərəb ölkələrində qız oğlan toyu ayrı-ayrı qeyd edilir. Kişi toyu bir gün yox, hətta bir neçə gün gəlinsiz və bir qayda olaraq sadə qeyd oluna bilər: çay, qəhvə, şam və ən çoxu 4 saat. Qız toyu isə daha gözəl keçir: böyük zal, ofisiantlar, artistlər.

Bəzənmək üçün bəhanə

Qız toyu bəzənib-düzənmək, əlləri və ayaqları xına ilə rəngləmək, bahalı daş-qaşlar taxıb özünü göstərmək üçün bəhanədir. Axı ərəb qadınlarının bütün bu gözəlliyi adətən hicab və yaylıq altında gizlənir. Ona görə də bu cür toylarda yalnız xanımlar iştirak edirlər. Kişilərə giriş qəti qadağandır. Müğənnilər, fotoqraf və dicey də daxil olmaqla bütün heyət qadınlardan ibarət olmalıdır. Əgər məşhur müğənni dəvət edilibsə, onda o, nə təntənənin səbəbkarını, nə də qonaqları heç vaxt görməyəcək, mahnıları ya ekranın arxasından, ya da qonşu otaqda ifa edəcək.

Ərinin gəlişini əvvəlcədən elan edirlər ki, bütün xanımlar örtülə bilsin. Əgər ər ata və ya qardaşlarıyla gəlirsə, onda gəlinin də üzünü ağ fata ilə örtürlər. Çünki gəlinin gözəlliyini hətta ən yaxın kişi qohumları da görməli deyil.

Toya pul və ya məişət texnikasını hədiyyə kimi qəbul etmək olmaz. Gəlinə adətən hədiyyə kimi zərgərlik məmulatları təqdim edilir.

Çoxarvadlılıq

Kişilərin əksəriyyəti bir neçə qadınla ailə qurur. Hər ərəb kişisi özünə çoxarvadlılığı imkan verə bilər. İslam qanunları kişilərə sadəcə 4 arvad almağa icazə verir, amma onların hər birinin öz evi olmalı, diqqət, qayğı, sevgi, hədiyyələr və digər qiymətli şeylərlə eyni dərəcədə təmin edilməlidir. Çoxarvadlılıq şeyxlərin imtiyazıdır və bunu ancaq varlı ərəblər özünə rəva görür.

İlk nikah ən vacib məsələdir. Kişinin neçə arvadı olmasından asılı olmayaraq, birinci nikah ən vacib, birinci xanımı "böyük" sayılır.

Əgər ər daha bir xanımla ailə qurmağa qərar veribsə, onda qalan həyat yoldaşlarının bununla barışmaqdan başqa çıxış yolu yoxdur. Hər hansı bir emosiya göstərməmək və kişinin iradəsinə tabe olmaq lazımdır. Bir qayda olaraq, bütün qadınlar müxtəlif evlərdə yaşayır və o qədər də tez-tez görüşmürlər.


Xəbərə aid fotolar