Bakıda silah satmaq istədi, ələ keçdi VİDEO


Kriminal 28 Yan 2018 21:35:56 277 0

Bakıda silah satmaq istədi, ələ keçdi  VİDEO

Odlu silahı satmaq məqsədi ilə əldə edən şəxs tutulub.

Son.az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda olub. 15-ci polis bölməsinə məlumat daxil olub ki, rayon ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Cənnət Məcidovda odlu silah var.

Dərhal əməliyyata başlayan polis adıçəkilən şəxsin mənzilinə baxış keçirib. Həmin vaxt ağsaqqal kişinin mənzilindən "RPK 74" markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Dindirmə zamanı Cənnət Məcidov həmin odlu silahı satmAq məqsədi ilə saxladığını deyib.

Polis onun həmin silahla hər hansı bir cinayət törədib törətmməsin araşdırır.