Braziliyada gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb


Dünya 28 Yan 2018 20:51:00 215 0

Braziliyada gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb

Braziliyanın Fortaleza şəhərində gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində ölənlərin əksəriyyəti qadındır. Şahidlərin sözlərinə görə, kluba hücum etmiş 15-dək silahlı şəxs üç avtomobildə hərəkət edib.