Bəzi kişilərin özünə uyğun xanım tapa bilməməsinin əsl səbəbi


Digərləri 28 Yan 2018 20:14:00 336 0

Bəzi kişilərin özünə uyğun xanım tapa bilməməsinin əsl səbəbi

Yer üzündə elə insanlar var ki, onlar uzun illər boyu özlərinə uyğun həyat yoldaşı axtarsalar da, tapa bilmirlər. "Personality and Individual Differences" jurnalında dərc olunan maraqlı bir məqalədə bu məsələni araşdıran alimlərdən birinin yazısı dünya mediasının diqqətini çəkib. Belə ki, alimlər iddia edir ki, bəzi adamlar xarakterindəki qüsurlar səbəbindən deyil, təkamül prosesindən dolayı həyat yoldaşı tapa bilmirlər.

Son.az xəbər verir ki, Nikosiya Universitetindən olan alim Menelaos Apostolo düşünür ki, ailə həyatı qurmaq üçün cəhd edən hər iki nəfərdən biri, şəxsi həyat və nəslini davam etdirmək məsələsində çətinlik çəkir. Əksər halda bu, tərəflər arasında problem olduğuna dəlalət etmir. Bunun əsas səbəbi yalnız təkamül zamanı prosesinin fərqli olması, mühit fərqliliyi və adaptasiya məsələsi ilə bağlıdır.

Kiprli psixoloqlar universitet tələbələri arasında maraqlı sorğu aparıb. Sorğunun şərtlərinə görə, 2 minə yaxın tələbəyə (yalnız oğlanlara) həyatın mərhələlərindən keçməyin, mədəniyyətin inkişafının, insanın cinsi davranışlarının necə formalaşması və şəxsi cinsi seçimləri haqqında suallar verilib. Alimlər düşünür ki, həyata baxış bucağı dəyişik olan insanlar həyat yoldaşı tapmaqda çətinlik çəkir. Çünki, onlar illər boyu yalnız cinsi münasibətdə fantaziyalar axtarışında olublar. Bu səbəbdən də bəzi insanların illər boyu iki insan arasındakı müştərək həyatı tənzimləyən sosial münasibətləri təxmin edə bilmirlər.