Uşaq tərs gəlirsə... Hansı idman hərəkətlərinə icazə var?


Digərləri 28 Yan 2018 20:09:00 382 1

Uşaq tərs gəlirsə...  Hansı idman hərəkətlərinə icazə var?

Körpə ana bətnində daim hərəkətdədir. Ana qarnındakı amnion mayesi dölün rahat hərəkətini təmin edir. Doğuşa yaxın gözlənilən vəziyyət uşağın başının aşağıda, ayaqlarının isə yuxarıda durma vəziyyətidir. Ancaq həmişə belə olmur. Bu vəziyyət tərs gəliş kimi ifadə olunur. Belə olduqda isə həkimlər həyəcan təbili çalmağa başlayır.

Uşağın bətndə durma tərzinin əhəmiyyəti nədir?

Baş orqanlar arasında ən vacib olanı beyindir. Başın öndə gəlməsi beynin zərər görməməsi üçün mühümdür. Normal doğumda da baş birinci çıxır.

Bəs tərs gəlişin səbəbləri hansılardır?

Son.az bildirir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq  Ruziyə Hüseynova tərs gəlişin səbəblərinin müxtəlif olduğunu bildirib:

"Dölyanı mayenin çoxluğu və ya azlığı

Çanağın ölçülərinin böyük və yaxud kiçik olması