Səhər ac qarına kartof suyu içməyin


Digərləri 28 Yan 2018 19:39:00 226 0

Səhər ac qarına kartof suyu içməyin

Kartof yay-qış demədən hər birimizin mətbəxdə istifadə etdiyimiz, fərqli yeməklərin əsas elementi olan, bişirilməsi və yeyilməsi asan bir tərəvəzdir.

Son dövrdə kartof suyunun içilməsi də xalq təbabətində geniş yayılmış üsullardan biridir. Bəs kartof suyunun nələrə faydalı olduğunu bilirsinizmi?

Son.az lent.az-a istinadən həmin faydaları təqdim edir.

Kartof suyu qastrit, mədə və ürək xəstəliyi kimi müxtəlif xəstəliklərə fayda verir.

Kartof suyu orqanizmin hər bölgəsində qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin sağlıqlı işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəedici təsir göstərir.

Səhərlər ac qarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.

Kartof suyu qaraciyərin və öd kisəsinin təmizləməsini təmin edərək daş yaranmasına da əngəl olur.

Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Qəbizlik, ishal, şişkinlik, mədə göynəməsi və həzmsizlik kimi problemlərə qarşı effektlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.

Kartof suyu tərkibinə görə bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Fol turşusu və dəmir baxımından zəngindir. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni kartof suyu qansızlıq və anemiya riskini azaldır.