Ucarda iki uşaq atası özünü asaraq intihar edib


Sosial 28 Yan 2018 19:20:25 298 0

Ucarda iki uşaq atası özünü asaraq intihar edib

O, özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb

Ucar rayonunda iki uşaq atası intihar edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracallı kəndində baş verib.

1988-ci il təvəllüdlü Qafil Əlmərdan oğlu Nəbiyev yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib.

Mərhum evli olub, iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.