Yol polisi ilə sürücü arasında insident
Digərləri 28 Yan 2018 17:22:00 276 0
Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib.
Son.az lent.az-a istinadən bildirir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü "Mercedes" markalı 02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma durma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb. Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib. Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.
Mənbə: milli.az