Ağsuda 32 yaşlı qadın intihara cəhd edib - FOTO


Sosial 28 Yan 2018 16:22:22 232 0

Ağsuda 32 yaşlı qadın intihara cəhd edib - FOTO

Onun nə üçün intihara cəhd etməsi səbəbləri hələlik məlum deyil

Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü Qədimova Rüzgar Vüqar qızı sirkə turşusu içərək, özünü öldürmək istəyib.

O, yaxınları tərəfindən Ağsu Şəhər Xəstəxanasına çatdırılıb və Reanimasiya Şöbəsinə yerləşdirilib. R.Qədimovanın vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Onun nə üçün intihara cəhd etməsi səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.