Təhsil Nazirliyi: Qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı təhsil alır


Digərləri 28 Yan 2018 16:01:00 305 0

Təhsil Nazirliyi: Qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı təhsil alır

Yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".

Belə halların TN tərəfindən ciddi araşdırıldığını deyən S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan Azərbaycan vətəndaşları köçürülmək üçün müraciət edə bilməzlər. Onların köçürülməsinə birmənalı şəkildə icazə verilmir.

Nazirlik rəsmisi onu da əlavə edib ki, tələbələrin köçürülməsi fevralın 1-dən 7-dək davam edəcək. Bu müddətdə tələbələr www.transfer.edu..az saytına müraciət etməklə ali təhsil müəssisəsini, ixtisasını dəyişə bilərlər.

Portalın fevralın 1-dən aktivləşəcəyini deyən S.Gözəlov bildirib ki, köçürülmək istəyən tələbələrin orada qeydiyyatdan keçməsini vacibdir: