Türkiyə ordusu strateji əhəmiyyətli Burseya dağında əməliyyata başlayıb


Dünya 28 Yan 2018 15:21:53 227 0

Türkiyə ordusu strateji əhəmiyyətli Burseya dağında əməliyyata başlayıb

Bombardıman nəticəsində ortaya çıxan partlayışın səsi Türkiyənin sərhəd kəbdlərində eşidilir

Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və müxalif "Azad Suriya Ordusu" (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayır.

Terrorçular Türkiyənin Burseya dağı ilə sərhəddə yerləşən Kilis vilayət mərkəzinə, həmçinin ASO-nun nəzarət etdiyi Suriyanın Azez şəhərindəki mülki şəxsləri raket hücumları ilə hədəfə alır. Hazırda terrorçulara aid hədəflər havadan və qurudan atəşə tutulur.

Türkiyə ordusuna məxsus xüsusi təyinatlılar və ASO üzvləri vurulan hədəflər istiqamətində irəliləyir. Terrorçuların atəş nöqtələri tank və top atəşinə məruz qalır.

Bombardmanlar zamanı ortaya çıxan partlayışların səsi Türkiyənin sərhəd kəndlərində eşidilir.