İngiltərə klubunun futbolçuları azarkeşləri ilə mübahisə edib


İdman 28 Yan 2018 14:33:00 240 0

İngiltərə klubunun futbolçuları azarkeşləri ilə mübahisə edib

"Watford"un iki futbolçusu İngiltərə Kubokunun 1/16 final mərhələsində baş tutan "Southampton"a qarşı oyunda (0:1) öz azarkeşləri ilə konfliktə girib. Goal.az xəbər verir ki, bunlar Xose Holebas və Kristian Kabazel olub. "Southampton"a məğlubiyyətdə sonra azarkeşlərə təşəkkür etmək üçün tribunaya yaxnlaşan komanda bəzi təhqiramiz şüarlar eşidib. Bu, Kabazel və Holebası özündən çıxarıb. Ben Uotson onların hər ikisini sakitləşdirməyə çalışıb.

"Mən heç nə görməmişəm. Oyun bitəndən sonra azarkeşlərə təşəkkür etmək üçün tribunaya yaxınlaşdım, sonra paltardəyişmə otağına getdim. Fanatlar nə oxuduğunu başa düşmədim. Məni yalnız nəticələrin yaxşılaşdırılması maraqlandırır. Bundan sonra hər kəs xoşbəxt olacaq" - "Watford"un baş məşqçisi Xavi Qarsiya deyib.